Robert Prosineçki: "Sloveniya Futbol Federasiyası mənimlə görüşməyi təklif etdi" AÇIQLAMA

Robert Prosineçki: "Sloveniya Futbol Federasiyası mənimlə görüşməyi təklif etdi" AÇIQLAMA

Millimizin baş məşqçisi Robert Prosineçki açıqlama verib. SİA-nın məlumatına görə, ölkəsinin mətbuatına danışan xorvatiyalı mütəxəssis Sloveniya Futbol Federasiyasının onunla maraqlandığını təsdiq edib: "Sloveniya Futbol Federasiyası mənimlə görüşməyi təklif etdi. Lyublyanada görüş olacaq. Böyük ehtimalla, hər şeyi bir neçə günə müzakirə edəcəyik".

Prosineçki gələcəyi ilə bağlı yekun qərar vermədiyini vurğulayıb: "Kimlərinsə mənimlə maraqlanmağı böyük şərəfdir. Bu onu göstərir ki, işimi düzgün görürəm. AFFA ilə danışıqlarım olana qədər gələcəyimlə bağlı dəqiq bir şey söyləyə bilməyəcəyəm".

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 4-ü başa çatır. O, 2014-cü ildən yığmamızı çalışdırır. Prosineçkinin rəhbərliyi altında millimiz DÇ-2018-in seçmə mərhələsində 10 oyuna 10 xal toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə