“Bakı” klubu: “Milli komandamızın və "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev idmançıya yaraşmayan qeyri-peşəkarlıq nümunəsi göstərdi”
"Milli komandamızın və "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev idmançıya yaraşmayan qeyri-peşəkarlıq nümunəsi göstərdi". SİA-nın məlumatına görə, bu barədə "Bakı klubunun rəsmi saytında yayımlanan xəbərdə bildirilib. Xəbərə görə, Unibank Premyer Liqasının 8-ci turunun "Xəzər Lənkəran" - "Bakı" oyununun 85-ci dəqiqəsində qapısında top görən Kamran Ağayev dirsəyi ilə "Bakı" klubunun hücumçusu Vyaçeslav Sofroninin üzünə zərbə endirib. Klub rəsmiləri bunu saytda yayımladıqları videosujetlə də sübuta yetiriblər.
Bu hadisə isə qarşılaşmanın baş hakimi Fariz Yusifov və onun köməkçilərinin gözündən yayınıb.
Bu hadisə isə qarşılaşmanın baş hakimi Fariz Yusifov və onun köməkçilərinin gözündən yayınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB