Futbol mütəxəssisi 72 yaşlı Yupp Haynkes Almaniyanın “Bavariya” klubuna baş məşqçi təyin edilib. Münhen klubu bu haqda öz rəsmi saytında məlumat yayıb. Tərəflər arasında 2018-ci il iyunun 30-dək müqavilə imzalanıb. Haynkes isə öz işinə oktyabrın 9-dan başlayacaq.
Klub rəhbərliyi əvvəlki baş məşqçi Karlo Ançelotti ilə sentyabrın 28-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “PSJ”yə 0:3 hesablı məğlubiyyətindən sonra yollarını ayırıb.
Qeyd edək ki, Haynkes 2013-cü ildə “Bavariya” klubu ilə Çempionlar Liqası və Almaniya kubokunun qalibi olduqdan sonra baş məşqçilik karyerasını bitirdiyini açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB