Ramos və Pike arasında dava düşüb

İspaniya milli komandasının futbolçuları Serxio Ramos və Jerar Pike arasında məşq zamanı dava düşüb. SİA-nın məlumatına görə, buna Kataloniyanın İspaniyadan ayrılıb müstəqilliyini elan etməsi ilə bağlı referendum səbəb olub. “Real Madrid”in kapitanı olan Ramos “Barselona”nın formasını geyinən Pikeni yığmanın düşərgəsində əhval-ruhiyyəni pozmaqda ittiham edib.

Daha əvvəl ispaniyalı azarkeşlər yığmanın Madriddə baş tutan məşq prosesi zamanı Jerar Pikeni fitə tutmuşdu. Fanatlar hesab edir ki, 30 yaşlı kataloniyalı futbolçu sosial şəbəkələrdə səsləndirdiyi fikirlərlə yığmaya ziyan vurur.

Qeyd edək ki, referendum oktyabrın 1-də keçirilib. Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon prosesdə iştirak edənlərdən 90 faizinin müstəqillik lehinə səs verdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə