DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Çexiya yığmasında dəyişiklik edilib. SİA-nın məlumatına görə, iki futbolçu komandadan uzaqlaşdırılıb.

Bunlar müdafiəçi Teodor Gebre-Selassie və hücumçu Milan Şkodadır. Gebre-Selassie ailə vəziyyəti ilə əlaqədar baş məşqçidən icazə alıb. Şkoda isə zədə səbəbindən millimizlə görüşü buraxacaq.

Artıq hər iki futbolçunun əvəzinə milliyə yeni oyunçular dəvət edilib. “Slaviya”nın yarımmüdafiəçisi Yan Şikora və “Sparta”nın hücumçusu Vaçlav Kadleçi yığmaya dəvət alıb.

Qeyd edək ki, oktyabrın 5-də yığmamızın qonağı olacaq Çexiya millisi oktyabrın 8-də San-Marinonu qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə