Azərbaycan-Çexiya oyununun hakimləri müəyyənləşib

Futbol üzrə Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsindəki Çexiya yığması ilə oyunun hakimləri müəyyənləşib. UEFA-nın rəsmi saytı xəbər verir ki, qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək. Oyunun

baş hakimi Benua Miyo olacaq. Ona həmyerliləri - yan xətt hakimləri Julien Paçelli və Bertran Juanno kömək edəcəklər. Matçda dördüncü hakim funksiyasını Frank Şnayder yerinə yetirəcək.

Qeyd edək ki, "C" qrupunda yer alan Azərbaycan millisi Çexiya ilə oktyabrın 5-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Görüşə saat 20:00-da start veriləcək.

Qrupda Almaniya 21 xalla vahid liderdir. Şimali İrlandiya 16 xalla ikinci, Azərbaycan 10 xalla üçüncü, Çexiya 9 xalla dördüncü, Norveç 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə