Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatı davam edir. Azərbaycan millisi bu gün 1/4 final oyununa çıxıb. Faiq Qarayevin komandası qrup mərhələsində 3:1 hesabı ilə məğlub etdiyi Almaniya ilə üz-üzə gəlib. Qarşılaşma bu dəfə də millimizin qələbəsi ilə yekunlaşıb. Komandamız bu dəfə set vermədən qalib gəlib - 3:0. Yarımfinaldakı rəqib isə Hollandiyaya millisi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB