Emin Mahmudov "Neftçi"də məşqlərə başlayıb

Emin Mahmudov "Neftçi"də məşqlərə başlayıb

Millimiz yarımmüdafiəçisi Emin Mahmudov "Neftçi"də məşqlərə başlayıb. Qol.az-ın məlumatına görə, “Boavişta”dan ayrıldıqdan sonra Azərbaycana gələn və “Neftçi” ilə danışıqlar aparan gənc futbolçu komandanın hazırlığında iştirak edir. Məlumatı Qol.az-a klubun mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, E.Mahmudov hələlik "Neftçi" ilə müqavilə imzalamayıb. Lakin yaxın günlərdə tərəflərin iş münasibətlərini rəsmiləşdirəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə