Araz Abdullayevin komandası liderliyə yüksəlib

Araz Abdullayevin komandası liderliyə yüksəlib

Kipr çempionatında 3-cü turun oyunları keçirilib. SİA xəbər verir ki, milli komandamızın üzvü Araz Abdullayevin çıxış etdiyi “Anartosis” doğma meydanda “Aris Limassol”u qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində komanda 7 xalla liderliyə yüksəlib.

Araz Abdullayev ehtiyat oyunçular skamyasında yer alsa da, 46-cı dəqiqədə Migel Palankanı əvəzləyib və sonadək meydanda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə