FİFA Almaniya Futbol Federasiyasına qarşı intizam araşdırması başladıb
DÇ-2018-in seçmə oyununda Çexiya - Almaniya (1:2) matçında qonaq fanatların hərəkətlərindən sonra FİFA araşdırmaya başlayıb. SİA-nın məlumatına görə, almaniyalı azarkeşlər bu oyunda nasist şüarları səslənidirblər.
Ali futbol qrumundan verilən açıqlamada sentyabrın 1-də Praqada keçirilən qarşılaşmada təxminən, 200 alman azarkeşin nasist şüarları səsləndirdiyinə görə Almaniya Futbol Federasiyasına (AFF) qarşı intizam araşdırması başladıldığı bildirilib.
AFF prezidenti Reynard Qrindel isə bu azarkeşlərin biletləri federasiyadan almadıqlarını, Avropanın müxtəlif yerlərindəki idarə olunmayan satış nöqtələrindən əldə etdiklərini bildirib.
Qeyd edək ki, adıçəkilən ölkə yığmalarının hər ikisi DÇ-2018-in seçmə oyunlarında C qrupunda millimizlə birlikdə yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB