Avstriya - Azərbaycan matçına Azərbaycan azarkeşləri üçün pulsuz biletlər veriləcək

Avstriya - Azərbaycan matçına Azərbaycan azarkeşləri üçün pulsuz biletlər veriləcək
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də, Avstriyanın Vyana şəhərindəki Ernst Happel stadionunda keçiriləcək Avstriya - Azərbaycan futbol matçında millimizə dəstək olmaq istəyən azarkeşlərə AFFA tərəfindən 350 bilet alınaraq pulsuz paylanacaq. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, assosiasiya tərəfindən alınan biletləri əldə etmək üçün Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinə müraciət etmək lazımdır.
Qeyd edək ki, milli komandamıza dəstək olmaq üçün Avstriyadan bilet almaq istəyən soydaşlarımız biletlərini  azarkeşlərimiz üçün nəzərdə tutulan A sektoruna almalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə