Yay transfer pəncərəsinin son günündə Ağdamın “Qarabağ” futbol klubu növbəti transferini rəsmiləşdirib. Klubun saytında yer alan xəbərdə deyilir ki, Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında Ağdam klubunun heyətində keçirəcək. İyirmi yeddi yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.
Daha öncə İsveçrənin “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın “Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB