Almaniya 2-ci Bundesliqasında 4-cü turun oyunları keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu "Duysburq" doğma meydanda "Darmştadt"la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Erat da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə başladığı matçın sonunadək meydanda qalıb.
"Duysburq" geridə qalan turlarda topladığı 4 xalla 18 klub arasında 9-cu pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB