“Qarabağ”ın uğuru Bakıda böyük coşqu ilə qarşılanıb - FOTOLAR - VİDEO

“Qarabağ”ın uğuru Bakıda böyük coşqu ilə qarşılanıb - FOTOLAR - VİDEO

Avqustun 23-də Ağdamın “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə cavab qarşılaşmasında sərfəli nəticəyə nail olaraq bu mötəbər turnirin qrup mərhələsinə yüksəlməsi Bakıda böyük coşqu ilə qarşılanıb.

SİA-nın məlumatına görə, əllərində Azərbaycan Respublikasının və “Qarabağ” klubunun bayraqlarını tutan şəhər sakinləri gecə boyunca bu böyük uğuru coşqu ilə qeyd ediblər.

Qeyd edək ki, avqustun 15-də Bakıda keçirilən ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib. Səfər oyununda isə 1:2 hesabı ilə məğlub olan ağdamlılar rəqib meydanında vurduqları qol sayəsində UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə