Paracüdoçularımız Avropa çempionatında dörd qızıl medal qazanıblar

Paracüdoçularımız Avropa çempionatında dörd qızıl medal qazanıblar

Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo üzrə komandasının üzvləri İngiltərənin Valsall şəhərində keçirilən Avropa çempionatında iştirak ediblər.

Komitənin məlumatında deyilir ki, Azərbaycan cüdoçularından İlham Zəkiyev, Rövşən Səfərov, Sevda Vəliyeva və Xanım Hüseynova qızıl, Bayram Mustafayev gümüş, Ramil Qasımov və Hüseyn Rəhimli isə bürünc medal qazanıblar.

Beləliklə, yarışda iştirak edən bütün idmançılarımız görüşlərini uğurla yekunlaşdıraraq millimizin aktivinə, ümumilikdə, dörd qızıl, bir gümüş və iki bürünc medal yazdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə