"Roma" daha bir hücumameyilli futbolçunun transferini reallaşdırmağa cəhd göstərir. Söhbət Türkiyə millisinin də üzvü Emre Mordan gedir. SİA-nın məlumatına görə, 20 yaşlı futbolçuya görə "Borussiya Dortmund"a 20 milyon avro təklif olunub. Dortmund klubu bu təklifi rədd edib.
Ötən mövsüm Almaniya Bundesliqasında 12 oyun keçirən futbolçu 1 qol və 3 məhsuldar ötürmənin müəllifi olmuşdu.
Qeyd edək ki, "Roma" uzun zamandır hücum potensialını gücləndirəcək futbolçu axtarışındadır. Riyad Mahrezə bir neçə təklif göndərən paytaxt klubunun bütün həmlələri boşa çıxmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB