“Real”ı “Mançester Siti”yə dəyişən futbolçu kimdir?

“Real”ı “Mançester Siti”yə dəyişən futbolçu kimdir?

“Real”ın futbolçusu Danilonun “Mançester Siti”yə keçidi rəsmiləşib. Braziliyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün “Mançester Siti”nin Madrid klubuna 35 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm “Real”ın heyətində 17 oyuna çıxan Braziliya millisinin üzvü 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə