"Sumqayıt” Boluda hazırlığını davam etdirir

"Sumqayıt” Boluda hazırlığını davam etdirir

Türkiyənin Bolu şəhərində hazırlığını davam etdirən "Sumqayıt” Futbol Klubu bu gün 1 məşq keçirib. SİA-nın məlumatına görə, baş məşqçi Samir Abasovun rəhbərliyi altında təşkil olunmuş səhər məşqində "Sivasspor"la qarşılaşmada meydana çıxanlar yüngül qaçışla kifayətlənib. Digər qrup isə daha çox toplu çalışmalara və taktiki məşqlərə üstünlük verib.

"Sumqayıt" FK axşam kollektiv olaraq Boluda istirahətə yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə