Slovakiya çempionatında yeni mövsümə start verilib

Slovakiya çempionatında yeni mövsümə start verilib

Slovakiya Fortuna liqasında yeni mövsümə start verilib. Qol.az-ın məlumatına görə, milli komandamızın hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” ilk oyununda səfərdə “Nitra” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Nitra" - "Jilina" - 1:0
Qol: Balaj, 15

Matça ehtiyat oyunçular skamyasında başlayan R.Şeydayev ikinci hissənin əvvəlində meydana daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə