“Kəpəz”dən 2 yeni transfer

“Kəpəz” heyətinə yeni oyunçular cəlb edib. SİA-nın məlumatına görə, Ərzurumda təlim-məşq toplanışında olan Gəncə təmsilçisi Türkiyəyə yollanmamışdan öncə iki futbolçu ilə anlaşıb.

Hazırlığın Bakı mərhələsinin sonunda Aydın Qasımov və Sergey Çernışev ilə bir illik müqavilə bağlanıb.

Qeyd edək ki, Qasımov hücumçu, Çernışev yarımmüdafiəçi mövqeyində çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə