Bakıda atıcılıq üzrə Avropa çempionatı keçiriləcək

Bakıda atıcılıq üzrə Avropa çempionatı keçiriləcək

İyulun 21-dən avqustun 4-dək Bakıda atıcılıq üzrə Avropa çempionatı və gələn il Buenos-Ayresdə keçiriləcək gənclərin Olimpiya Oyunlarının seçim turniri təşkil olunacaq. Turnir Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək.

SİA-nın məlumatına görə, Bakı Atıcılıq Kompleksində təşkil ediləcək yarışda 43-dən artıq ölkədən 1000-ə yaxın idmançı, ümumilikdə isə 1500 iştirakçı, eləcə də rəsmi qonaqlar iştırak edəcək. Onlar arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qalibləri olacaqlar. Atıcılar yarışda 79 dəst medal uğrunda mübarizə aparacaqlar.

Yarışın rəsmi açılış mərasimi iyulun 22-də keçiriləcək. Beynəlxalq Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçiriləcək yarış dünya çempionatından sonra ən mühüm turnirlər sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə