"Monako" 19 yaşlı qapıçı transfer edib

"Monako" 19 yaşlı qapıçı transfer edib

Fransanın “Monako” klubu heyətinə yeni qapıçı cəlb edib. Klubun rəsmi saytında yer alan xəbərə görə, 19 yaşlı Alvaro Fernandes Lorente ilə 2020-ci ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Osasuna”nın yetirməsi olan qolkiper əsas komandada cəmi bir oyun keçirib. O, İspaniyanın U-19 millisinin də üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə