“Zirə” klubu daha bir futbolçunu heyətinə qatıb

“Zirə” klubu daha bir futbolçunu heyətinə qatıb. SİA kluba istinadla xəbər verir ki, gənc futbolçu Yusif Nəbiyev “qartallar”ın sıralarına qoşulub. Müdafiəçi müqavilə ilə məxsus olduğu “Qəbələ”dən bir illik icarəyə götürülüb.

Yusif Nəbiyev ötən mövsüm icarə əsasında “Sumqayıt”ın formasını geyib.

Bütün xəbərlər Facebook səhifəmizdə