Formula 1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşdi

Formula 1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşdi

Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turu başa çatıb. SİA-nın məlumatına görə, “Mercedes”in pilotları Luis Hamilton (1 dəqiqə 40,593 saniyə) və Valtteri Bottas (1 dəqiqə 41,027 saniyə) ən yaxşı nəticəyə imza atıblar. Onlar müvafiq olaraq ilk iki pillədə qərarlaşıblar. İlk üçlüyü “Ferrari”nin pilotu Kimi Raykonnen (1 dəqiqə 41,693 saniyə) tamamlayıb.

Sıralanma turundan sonra Formula 1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib. İyunun 25-də saat 17:00-da baş tutacaq həlledici mərhələnin start düzülüşü aşağıdakı kimi olacaq:

Luis Hamilton, Valtteri Bottas (hər ikisi "Mercedes"), Kimi Raykonnen, Sebastyan Fettel (hər ikisi "Ferrari"), Maks Ferstappen (Red Bull), Serxio Peres, Esteban Okon (hər ikisi "Force İndia"), Lens Stroll, Felipe Massa (hər ikisi "Williams"), Daniel Rikkardo (Red Bull), Daniil Kvyat (Toro Ross), Kevin Maqnussen (Haas), Niko Hulkenberq (Renault), Paskal Verlayn (Sauber), Karlos Saynz (Toro Rosso), Roman Qrojan (Haas), Markus Eriksson (Sauber), Stoffel Vandorn (McLaren), Fernando Alonso (McLaren), Colion Palmer (Renault).

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə