Formula 1 Azərbaycan Qran-Prisində dünən (23 iyun) keçirilən hər iki sərbəst yürüşdə birinci olan “Red Bull” komandasının pilotu Maks Ferstappen ikinci sərbəst yürüşün son saniyələrində qəza törətməsi haqda açıqlama verib.
SİA-nın məlumatına görə, pilot jurnalistlərə açıqlamasında bildirib ki, qəzanın səbəbi idarə etdiyi bolidin təkərlərinin bloklanması olub: “Çox qəribə qəza törətdim. Təkərlər bloka düşdü, amma buna baxmayaraq, düşündüm ki, döngəni dönə bilərəm. Daha sonra təhlükəsizlik zonasına çıxmaq istədim. O əsnada bolidin arxasını itirdim və divara çırpıldım. Bu gün yeni detalları yoxladıq və onların yaxşı işlədiklərini gördük. Ümumilikdə gözəl bir günü geridə qoyduq. Uzun müddətdən sonra rəqabətədavamlı olduğumuz üçün sevincliyəm. Ümid edirəm ki, sıralanma turunda və yarışda bu tempimizi davam etdirərik. Bakıda əlimizdən gələnin ən yaxşısını edərək, qalib gəlmək istəyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB