“Barselona”nın hücumçusu Lionel Messi gələcəkdə Kataloniya klubundan ayrıla biləcəyini söyləyib. Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, argentinalı ulduz Çində oynayacağını istisna etməyib: “Mən deyə bilmərəm ki, Çinə gedişim qeyri-mümkündür. Müasir futbolda mümkünsüz heç nə yoxdur. Çində oynayacağımı istisna etmirəm. Lakin hazırda bu barədə düşünmürəm. Hər zaman demişəm ki, karyeramı “Barselona”da bitirmək istəyirəm. Ancaq bizi irəlidə nələrin gözlədiyini bilmirik.
İndi bütün diqqətimi növbəti mövsümə yönəltmişəm. Əlimizdən gələni etməliyik ki, mümkün qədər çox mükafat qazanaq”. Qeyd edək ki, argentinalı futbolçu hazırda “Barselona” ilə yeni müqavilə barədə danışıqlar aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB