Bu gün (23 iyun) Bakıda Formula 2 yarışlarına start verilib. SİA-nın məlumatına görə, Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində Bakı Şəhər Halqasında keçirilən yarışda öncə sərbəst yürüşlər başlayıb. 45 dəqiqə davam edəcək sərbəst yürüşlər bitdikdən sonra saat 15:00-da sıralanma turu start götürəcək. Ancaq bunadək saat 13:00-dan başlayaraq saat 14:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşləri keçiriləcək.
Qeyd edək ki, Formula 2 yarışlarının Azərbaycanda 7 və 8-ci mərhələləri təşkil edilir. Yarışlarda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.
2016-cı ildə Bakı Şəhər Halqasında (6003 km) qeydə alınan ən sürətli dövrə A. Giovinazziyə məxsusdur - 1:51.752 (193.381 km/saat).
Bu həftəsonu yarışda bir sürücü dəyişikliyi olub. Sergey Sirotkin 7 nömrəli bolidin sürücüsü Aleksandr Albonu əvəzləyib.
Oliver Rouland 3-cü mərhələdən sonra Şarl Lekler ilə arasında olan xal fərqini 26-dan 3-ə endirib.
Monte Karloda baş tutan 3-cü mərhələdən sonra “PREMA Racing” komandası Komandalararası Çempionatda birinciliyi itirərək, 4-cü yerə düşüb.
“DAMS” komandası hələlik ən çox podium sayına sahibdir. Bu komanda 5 dəfə fəxri kürsüyə çıxıb. “Russian Time” 4, “PREMA Racing” 3, “ART Grand Prix” komandasına məxsus podium sayı isə 2-dir.
Onu da nəzərinizə çatdıraq ki, Formula 2 üzrə ilk 6 yarışın qalibləri Şarl Lekler, Oliver Rouland, Artem Markelov, Nobuharu Matsuşita və Nik Vriesdir. Rouland 6 yarış ərzində 4 dəfə podiuma çıxıb. Çempionatın lideri Lekler və Rouland arasında 3 xal fərq var. Komandalararası çempionatda “Russsian Time” və “DAMS” komandaları arasında 14 xal fərq mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB