Rusiya milli komandasının qapıçısı İqor Akinfiyev yığma ilə 100-cü matçına çıxıb. Belə ki, Konfederasiyalar Kubokunun A qrupunun ikinci oyununda dünən Portuqaliya ilə matça start heyətində başlayan “dəri əlcək sahibi” çıxış sayını yuvarlaqlaşdırıb.Şimal qonşularımızın yığmasında ən çox oyun keçirmiş futbolçu isə Sergey İqnaşeviçdir. Müdafiəçi 120 dəfə milli formanı geyinib.
Qeyd edək ki, Rusiya – Portuqaliya matçı meydan sahiblərinin minimalhesablı məğlubiyyəti ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB