Dani Kintana "Qarabağ"ın Avstriya toplanışına qoşulub

Dani Kintana "Qarabağ"ın Avstriya toplanışına qoşulub

Ötən mövsüm fevralın 3-də baş tutan AZAL-la matçda zədələnən və əməliyyat olunan "Qarabağ"ın futbolçusu Dani Kintana dünən komandasının Avstriyada davam edən hazırlıq prosesinə qoşulub.

SİA-nın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 4 aydır yaşıl meydanlardan kənarda qalan ispaniyalı yarımmüdafiəçinin yaxın günlərdə fərdi məşqlərə başlayacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə