"Qarabağ"ın ÇL-də rəqibi müəyyənləşdi

"Qarabağ"ın ÇL-də rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə I təsnifat mərhələsinin 5, II təsnifat mərhələsinin 17 cütünün tərkibi müəyyənləşib.

Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən "Qarabağ" klubunun rəqibi məlum olub. Ağdam təmsilçisi yarışa ikinci təsnifat mərhələsindən başlayacaq.

Çmpionlar Liqası

II təsnifat mərhələsi

“Qarabağ” II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşacaq.

İlk oyunlar 11-12 iyulda, cavab matçları isə 18-19 iyulda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə