Kamran Ağayev Rusiya Premyer Liqasında?

Kamran Ağayev Rusiya Premyer Liqasında?

Millimizin üzvü Kamran Ağayev karyerasını Rusiyada davam etdirə bilər. SİA-nın məlumatına görə, K.Ağayevin ximdətində ölkənin yüksək liqasında mübarizə aparan "Amkar" klubu maraqldır. "Sovetski Sport" nəşrinin yaydığı xəbərdə bildirilir ki, baş məşqçisi dağıstanlı Hacı Hacıyev olan Perm təmsilçisi təcrübəli "çərçivə qoruyucu"su ilə ilkin danışıqlar aparıb. İddiaya görə, tərəflər arasında ilkin razılıq əldə olunub.

Qeyd edək ki, 31 yaşlı qapıçının son klubu Portuqaliya "Boavişta"sı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə