Mövsümün sonunda "Real"la müqaviləsi başa çatacaq Pepe gələcək karyerasından danışıb. SİA-nın məlumatına görə, ötən gün "Real"la növbəti çempionluq sevincini yaşayan portuqaliyalı futbolçu "kral klubu"nu tərk etmək istəmədiyini deyib: "Bəli, başa düşürəm ki, bu yaşda "Real"ın heyətində 90 dəqiqə meydanda olmaq çətindir. Amma mən bu kluba sadiqəm və karyeramı burada başa vurmaq istəyirəm. Düzdür, "Real"la müqaviləm başa çatır. Amma mən müqaviləm bitənə, hətta sonuncu saniyəyə qədər "Real"dan təklif gözləyəcəm".
Qeyd edək ki, 34 yaşlı "3 nömrə" 2007-ci ildən "Real"da çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB