Üzgüçülük yığmamız "Bakı-2017"də bürünc medal qazandı

Üzgüçülük yığmamız "Bakı-2017"də bürünc medal qazandı

Azərbaycanın qadın üzgüçülərdən ibarət yığma komandası "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. SİA-nın məlumatına görə, 4X100 m sərbəst estafet üsulu ilə üzmə yarışında Alsu Bayramova, Yuliya Stisyuk, İlahə Raciyeva və Fatimə Əlkərəmovadan ibarət yığmamızın nəticəsi 4:08.37 olub.

Birinci yeri Türkiyə (3:47.77), ikinci yeri isə İndoneziya komandası (3.52:98) tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə