Nicat Şıxəlizadə: “Mənim nəticəm ab-havaya təsir edir” AÇIQLAMA

Nicat Şıxəlizadə: “Mənim nəticəm ab-havaya təsir edir” AÇIQLAMA

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında cüdoçularımız çox uğurla çıxış edirlər. Yığmamız 5 qızıl, 2 gümüş medal qazanıb. Mən də şəxsi yarışlarda birinci oldum. İndi isə komanda yarışlarında finala çıxmışıq. Heyətimizdəa təcrübəli və güclü idmançılar yer alır. İnanıram ki, komanda yarışlarda da fəxri kürsünün ən yükasək pilləsinə qalxacağıq". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan cüdo üzrə Azərbaycan milli komandasının üzvü Nicat Şıxəlizadə (66 kq) deyib.

O, Qırğızıstan, Türkiyə və Özbəkistan yığmalarını məğlub etməklə finala vəsiqə qazandıqlarını və həlledici görüşdə Əlcəzair idmançıları ilə qarşılaşcaqlarını bildirib. İdmançı yığma komandamızda ən aşağı çəkidə mübarizə apardığı üçün görüşlərdə birinci meydana çıxdığını və onun nəticəsinin ab-havaya təsir etdiyini vurğulayıb: "Mən əlimdən gələni edirəm ki, mütləq qələbə qazanım. İlk məsuliyyət mənim üzərimə düşür. Sonuncu görüşdə rəqibim Olimpiya Oyunlarının bürünc mükafatçısı idi. Onun üzərində parlaq qələbə qazandım".

N.Şıxəlizadə vurğulayıb ki, yığmamız final görüşünə tam hazırdır: "Asan rəqib yoxdur. Əlcəzair də güclü komandadır. Ancaq biz onları təhlil edib, ciddi hazırlaşmışıq. Rəqibim finalda qarşılaşdığım idmançı olacaq. Komandamız yüksək hazırlıq keçib. İnanıram ki, qalib gələcəyik və qızıl medal qazanacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə