İlahə Qasımova: “Qızıl medalı Vətənimizə qazandıracağam” AÇIQLAMA

İlahə Qasımova: “Qızıl medalı Vətənimizə qazandıracağam” AÇIQLAMA

"Öncədən döyüşünü təhlil etdiyim heç bir idmançı mənim qrupuma düşmədi. Tanımadığı, nəticəli idmançılarla qarşılaşdım və hamısından üstün olaraq finala vəsiqə qazandım. İndoneziya idmançısı ilə döyüşüm nisbətən daha çətin keçdi". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanmış karate üzrə Azərbaycan milli komandasının üzvü İlahə Qasımova (-55 kq) deyib.

O, "Bakı-2017"də qızıl medal qazanmağa söz verdiyini vurğulayıb: "Ən azı gümüş medal təmin etmişəm. Söz vermişəm ki, qızıl medalı Vətənimizə qazandıracağam. Finalda rəqibim Misir və ya İran idmançısı olacaq. İkisi də çox güclü karateçilərdir. Daha çətin rəqib isə İran idmançısıdır. Rəqibimdən asılı olamayaraq, döyüşə qızıl medal qazanmaq üçün çıxacağam".

O, yarımfinal döyüşündə irordaniyalı rəqibimi öncədən psixoloji cəhətdən də məğlub etdiyini bildrib: "Mən rəqibimi həm psixoloji, həm həm də taktiki və texniki cəhətdən məğlub etdim. Azarkeş amili də mənim xeyrimə idi. Həmişə öz Vətənimizdə yaxşı çıxış etmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə