Arda Turan yay fasiləsində "Barselona"dan ayrılmayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçunun meneceri Ahmet Bulut açıqlama verib. İtaliya mətbuatına danışan Bulut bildirib ki, müştərisi ona gələn bütün təkliflərə rəğmən Kataloniyadan ayrılmayacaq. 2015-ci ildə "Atletiko"dan "Barselona"ya keçən Türkiyə millisinin üzvü ilə hazırda "Arsenal" və "İnter"in maraqlandığı deyilir. Qeyd edək ki, katalonlarla 2020-ci ilə kimi müqaviləsi davam edəcək Arda meydana çıxdığı 30 oyunda 13 qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB