“Barselona”nın futbolçusu 7 ildən sonra qol vurub

“Barselona”nın futbolçusu 7 ildən sonra qol vurub

"Barselona"nın futbolçusu Xavyer Maskerano Kataloniya klubunun heyətində ilk qolunu vurub. Qol.az-ın xəbərinə görə, Argentina millisinin üzvü La Liqanın son turunda "Osasuna" ilə görüşdə (7:1) penaltidən fərqlənib. Beləliklə, 2010-cu ildən "Barsa"da çıxış edən 32 yaşlı futbolçu nəhayət qol sevinci yaşayıb.

Qeyd edək ki, ötən il Masekerano açıqlamalarının birində bildirmişdi ki, penalti yerinə yetirmək istəmir. O, ilk qolunu penaltidən yox, oyun epizodundan vurmaq istədiyini demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə