Sergey Karyakin: "Harikrişna çox diqqətli oynadı"

"Shamkir Chess 2017" turnirində I turun görüşləri davam edir. SİA-nın məlumatına görə, hesabat turunda Rusiya təmsilçisi Sergey Karyakin hindistanlı Pentala Harikrişna ilə heç-heçə oynayıb. Partiyadan sonra şahmatçılar mətbuat konfransında iştirak ediblər.

Sergey Karyakin ağ fiqurlarla heç-heçəni normal nəticə kimi dəyərləndirib: "Debütdən sonra üstünlük qazanmadım. Axtarışda idim. Amma Harikrişna çox diqqətli oynadı. Dörd saatdan çox mübarizə apardıq. Bərabər səviyyəli oyun keçdi. Hesab nəticəyə görə oldu. İlk turda qələbə qazanmağı çox istəyirdim, amma alınmadı".

Hindistan təmsilçisi Pentala Harikrişna Şəmkir turnirində zəif rəqib olmadığını deyib: "Heç-heçə normal nəticədir. Fikrimcə, Şəmkirdə heç-heçələr çox olacaq. Karyakin debütdən üstünlük qazanmadığı üçün müxtəlif variantlardan istifadə etdi. Qara fiqurlarla ona qarşı müqavimət göstərmək asan deyil. Əsas mübarizə irəlidədir. Ona görə artıq növbəti rəqib haqqında düşünmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə