Həmid Qaradəniz: “IV İslam Həmrəyliyi Oyunları İslamın əsl simasını göstərəcək” AÇIQLAMA
"Dünyada İslama və müsəlmanlara yalnış baxış var. Təəssüf ki, İslamafobiya deyilən bir xəstəlik mövcuddur. Özlərini yalandan müsəlman kimi göstərib, ancaq başqa güclərin əlində maşa olanlar İslamın təməl prinsipləri, fəlsəfəsinə uyğun olamayan hərkətlərlə bu dinə ləkə yaxmağa çalışırlar. İslam sülh,qaradaşlıq, dostluq dinidir. Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da dünyaya İslamın sülh və dostluq dini olmasını bir daha nümayiş etdirəcək". Bunu SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Həmid Qaradəniz deyib.
O qeyd edib ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etməklə birliyi, bərabərliyi, dostluğu gücləndirəcək: "IV İslam Həmrəyliyi Oyunları dünyaya İslamın əsl simasını, fəlsəfəsini, prinsiplərini göstərəcək. Azərbaycan son illərdə bir çox mötəbər idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir. Buna görə Azərbaycanı təbrik edirəm. Nəzərinizə çatdırım ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək".
H.Qaradəniz bildirib ki, Tükiyə IV İslam Həmrəyliyi Oyunlarına təxminən 155 qadın, 224 kişi idmançı ilə qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB