Levandovski zədələnib

"Bavariya"nın hücumçusu Robert Levandovski komandasının bugünkü məşqini yarımçıq tərk edib. SİA-nın məlumatına görə, buna səbəb polşalı hücumçunun bud nahiyəsindən zədə alması olub.

Ehtimal edilir ki, təcrübəli futbolçu Bundesliqada "Borussiya" (8 aprel) və Çempionlar Liqasının 1/4 finalında "Real"a (12 aprel) qarşı matçlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Levandovski bu movsüm bundesliqada 24, Çempionlar Liqasında isə 7 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə