Mançini "Roma"nın sükanı arxasına keçəcək?

Mançini "Roma"nın sükanı arxasına keçəcək?

İtaliya "İnter"inin sabiq baş məşqçisi Roberto Mançini "Roma"nı çalışdıra bilər. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi mövsümün sonu müqaviləsi başa çatacaq baş məşqçi Luçano Spallettini R.Mançini ilə əvəzləməyi düşünür. Bununla bağlı R.Mançini ilə danışıqlara başlandığı bildirilib. Qeyd edək ki, R.Mançini ötən ilin avqustunda "İnter"dən ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə