"Azərbaycan yığması dünya çempionatına çıxmaq gücündədir"

"Azərbaycan yığması dünya çempionatına çıxmaq gücündədir"

"Azərbaycan milli komandasının çıxışını izləyirəm. Cari seçmə mərhələdə pis oynamırlar". Qol.az-ın xəbərinə görə, bu sözləri Rusiya millisinin üzvü Aleksand Səmədov "Sovetski sport" qəzetinə müsahibəsində deyib. Əslən azərbaycanlı olan yarımmüdafiəçi yığmamızın DÇ-2018-in seçmə mərhələsindəki mübarizəsi haqda danışıb. O, komandamızın dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağa qadir olduğunu bildirib: "Eşitdiyimə görə, Robert Prosineçkinin rəhbərlik etdiyi yeni komandada hər şey yaxşı gedir. Azərbaycan yığmasının turnir cədvəlindəki vəziyyətini nazərə alsaq, dünya çempionatına çıxmaq gücündədir".

Bütün xəbərlər Facebook səhifəmizdə