Levandovskidən “Real”a mesaj: 0:4 hesablı məğlubiyyəti unutmamışıq

Levandovskidən “Real”a mesaj: 0:4 hesablı məğlubiyyəti unutmamışıq

"Bavariya"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının 1/4 finalında "Real"a qarşı keçirəcəkləri oyunlardan danışıb. "Marca"nın yaydığı xəbərə görə, polşalı forvard "Kral klubu"ndan 3 il əvvəlki məğlubiyyətlərin əvəzini çıxmağa çalışacaqlarını bildirib: "Düşünürsüz ki, "Real" bizdən güclüdür? Ətrafınıza baxın, bizim komandada güclü legionerlərin sayı heç də az deyil. Bizim üçün qarşıdakı oyunlar çox maraqlı olacaq. Çünki 3 il əvvəlki 0:4 hesablı məğlubiyyəti unutmamışıq. "Bavariya" da "Real" kimi böyük klubdur. Qazandığımız titullar bunu sübut edir. "Bavariya" ilə birgə Çempionlar Liqasını qazanmaq istəyirəm",

Bütün xəbərlər Facebook səhifəmizdə