Burak Yılmaz bir müddət yaşıl meydanlardan uzaq qalacaq

Burak Yılmaz bir müddət yaşıl meydanlardan uzaq qalacaq

Türkiyə millisinin və Çinin "Beytzin Qoan" klubunun futbolçusu Burak Yılmaz bir müddət meydana çıxa bilməyəcək. Türkiyəli futbolçu, qasıq nahiyəsində yırtıq aşkarlanan hücumçu əməliyyat olunub. Bu səbəbdən o, Türkiyə millisinin Finlandiya və Moldova ilə yoldaşlıq matçlarında iştirak edə bilməyəcək. Qeyd edək ki, 31 yaşlı futbolçu yenicə start götürən Çin superliqasında 2 oyuna 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə