Baş məşqçi: “Millimiz “Dutch Open”də yüksək səviyyədə çıxış etdi” AÇIQLAMA
"Milli komandamız Niderlandda keçirilən taekvando üzrə ənənəvi "Dutch Open" beynəlxalq turnirində yüksək səviyyədə çıxış etdi". Bunu SİA-ya açıqlamasında taekvando üzrə qadınlardan ibarət milli komandamızın baş məşqçisi Elnur Amanov deyib.
O qeyd edib ki, Eyndhoven şəhərində keçirilən G1 kateqoriyalı yarışda yığma komandamız 10 medal qazanıb: "Böyüklər arasında Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq), Radik İsayev (+87 kq), Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Darya Şkurko
(62 kq) gümüş, Ayxan Tağızadə (68 kq) bürünc medal qazanıb. Gənclərdən isə Xanoğlan Kərimov (45 kq) qızıl, Ayaz Qənbərli (51 kq) gümüş, Cavad Ağayev (63 kq) bürünc medala sahib olub. Milli beynəlxalq turnirdə ümumilikdə 6 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb".
Baş məşqçi bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarından öncə milli komandalarımız Yunanınıstanda keçiriləcək daha bir turnirə qatılacaqlar: "Bu turnirlərdə iştirak etməyimizin əsas məqsədi Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq yığma komandalarımızın tərkibini müəyyənləşdirməkdir".
Nəzərinizə çatdıraq ki, Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Eyndhovenə yollanan milli komandalarımız martın 14-də Vətənə qayıdacaqlar.
Elgün Vidadioğlu




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB