Roman Qriqorçuk: "İstədiyimiz nəticəni əldə etdik"

Roman Qriqorçuk: "İstədiyimiz nəticəni əldə etdik"

"Bizim üçün vacib oyun idi. İstədiyimiz nəticəni əldə etdik. İlk hisssədə tələskənlik var idi. Amma ikinci hissədə öz oyunumuzu tapa bildik və lazım olan qolları vurduq". Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 21-ci turunda Bakı "İnter"i ilə dünən keçirilmiş oyundan (2:0) sonra deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.


- Tələskənlik "Qarabağ"ın "Sumqayıt"ı məğlub etməsi ilə bağlı idi?

- Bəlkə də, futbolçularda narahatlıq yaradıb. Əsas odur ki, ikinci hissədə bunu düzəltdik.

- Baqali Dabo və Daniel Subotiç eyni anda meydanda olanda qol vurduz. Gələcəkdə bu iki futbolçunu eyni anda meydanda görə bilərik?

- Onların ikisini əvvəllər də eyni anda meydanda görə bilərdik. Sadəcə, Dabo zədəli olduğu üçün meydana çıxa bilmirdi. Son vaxtlar məşqlərdə görürəm ki, Dabonun narahatlığı qalmayıb və meydana çıxa bilər.

- Rasim Ramandanovun durumu necədir?

- Futbolçunun reaksiyasından mənə elə gəldi ki, ayağında sınıq var. Vernidubla Elvin Camalovda da elə olmuşdu. Ona görə də əvəzlədim.

- Çempionatda yaranan fasilədən necə yararlanacaqsız?

- Elə də böyük fasilə deyil. Dəyişiklik etmək niyyətimiz yoxdur. Sadəcə, məşqlərimiz çox olacaq. Millidə olan futbolçular da orada məşq edəcək.

- 6 futbolçu milliyə dəvət alıb. Bu komandanın hazırlığına mənfi təsir etmir?

- Futbolçuların millinin toplanışına gedəcəyini anlayışla qarşılayırıq. Düzdü məşqlərimizə təsir edəcək. Amma biz fəxr edirik ki, futbolçularımız millinin üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə