Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib. Türkiyə təmsilçisi "Beşiktaş" Yunanıstanın "Olimpiakos" klubuna rəqib olub. "Qara qartallar" "Osmanlıspor"u mübarizədən kənarlaşdıran yunanlardan qisas almağa çalışacaq.
Püşkün ümumi nəticəsi aşağıdakı kimidir:
Avropa Liqası
1/8 final
"Selta" (İspaniya) - "Krasnodar" (Rusiya)
APOEL (Kipr) - "Anderlext" (Belçika)
"Şalke" (Almaniya) - "Borussiya" (Münhenqladbax, Almaniya)
"Lion" (Fransa) - "Roma" (İtaliya)
"Rostov" (Rusiya) - "Mançester Yunayted" (İngiltərə)
"Olimpiakos" (Yunanıstan) - "Beşiktaş" (Türkiyə)
"Gent" (Belçika) - "Genk" (Belçika)
"Kopenhagen" (Danimarka) - "Ayaks" (Hollandiya)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 9-da, cavab görüşlər isə 16-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB