“Valensiya” “Real”ı məğlub edib

“Valensiya” “Real”ı məğlub edib

İspaniya La Liqasında 16-cı turdan təxirə salınmış 1 oyun keçirilib. SİA-nın məlumatına görə, səfərdə "Valensiya"nın qonağı olan "Real" meydanı məğlub tərk edib.

Qeyd edək ki, yenilgiyə baxmayaraq, "Real" 22 oyundan sonra 52 xalla liderdir. "Kral klubu" 1 oyun az keçirdiyi ən yaxın izləyicisi "Barselona"nı 1 xal qabaqlayır. "Valensiya" isə xallarının sayını 26-ya çatdırmaqla 14-cü pilləyə yüksəlib.

İspaniya La Liqası

XVI tur

21 fevral

"Valensiya" - "Real" 2:1

Qollar: Zaza, 4 (1:0), Orellana, 9 (2:0), Ronaldo, 44

Bütün xəbərlər Facebook səhifəmizdə