"Barselona" açıqladı: Messi komandada qalmaq istəyir

"Barselona" açıqladı: Messi komandada qalmaq istəyir

"Barselona" futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalamaq barədə danışıqlarını davam etdirir. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Kataloniya klubunun prezidenti Josep Mariya Bartomeu məlumat verib: "Danışıqlar yaxşı gedir. Hər kəs rahat olsun. Messi qalmaq istəyir. Biz də onu komandada saxlamağı düşünürük".

Qeyd edək ki, L.Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə