Azərbaycan güləşçiləri ABŞ yığması ilə qarşılaşacaq

Azərbaycan güləşçiləri ABŞ yığması ilə qarşılaşacaq

İran İslam Respublikasının Kirmanşah şəhərində böyüklər arasında sərbəst güləş üzrə dünya kuboku yarışları davam edir. SİA-nın məlumatına görə, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə "A" yarımqrupunda mübarizə aparır.

İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4:4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə, 32:29 hesabı ilə öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.

Növbəti görüşdə millimizin rəqibi ABŞ idmançılarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə